RU

Premyer Liqa nəhənginə bəd xəbər: Kapitan sıradan çıxdı

Millətlər Liqasının Avstriya ilə oyununda (2:1) zədələnən "Arsenal"ın və Norveç millisinin yarımmüdafiəçisi Martin Odeqaard 3 həftə yaşıl meydanlardan kənarda qala bilər.

Publika.az xəbər verir ki, bu barədə VG-yə Norveç yığmasının həkimi Ola Sand məlumat verib.

25 yaşlı yarımmüdafiəçi Kristof Baumqartnerlə top uğrunda mübarizə apararkən topuğunu burxub və 67-ci dəqiqədə meydanı tərk edib.

Odeqaard tibbi müayinə üçün Londona gedib. Sand deyir ki, ayaq biləyində sınıq aşkarlanmasa, yarımmüdafiəçinin sağalması üçün təxminən üç həftə lazım olacaq. Ən pis halda, "topçular"ın kapitanı ən azı altı həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
9
publika.az

10Источники