Perunun keçmiş prezidenti Alberto Fuximori uzun sürən xərçəng xəstəliyindən sonra 86 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə onun qızı Keiko Fuximori "X" sosial şəbəkəsində məlumat verib.
Fuximori 1990-2000-ci illərdə Perunun prezidenti olub. Onun hakimiyyət dövrü vəzifəsindən sui-istifadə, korrupsiya və insanlığa qarşı çoxsaylı cinayətlərlə yadda qalıb. Daha sonra o, məhkəmə tərəfindən təqsirli bilinib və 25 il azadlıqdan məhrum edilib. Buna baxmayaraq Fuximori 15 ildən çox həbsxanada yatıb. Xüsusilə, o, hakimiyyəti dövründə əhalinin ən yoxsul təbəqələrindən olan yüz minlərlə insanı məcburi sterilizasiyaya məcbur etməkdə ittiham olunurdu.
Amerikalararası İnsan Haqları Məhkəməsinin və qurbanların ailələrinin tənqidlərinə baxmayaraq, Fuximori 2023-cü ilin dekabrında humanitar əsaslarla həbsdən azad edilib.
Gülayə Mecid