RU

"Ukrayna nümayəndələri Suriyada terrorçuları toplayır" - Lavrov

Ukrayna nümayəndələri Suriyadadır və heyət "Cəbhət ən-Nusra" qruplaşmasından yaraqlıları cəlb edir.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

"İndi məlumat yayılır ki, Ukrayna kəşfiyyatının emissarları Suriya Ərəb Respublikası ərazisindəki İdlib deeskalasiya zonasındadırlar və orada terror təşkilatlarından yaraqlılar toplayırlar", - Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Lavrovun sözlərinə görə, terrorçuların toplanması Kiyev tərəfindən onların “yeni planlaşdırılan çirkin əməliyyatlarında” iştirak üçün həyata keçirilir.

Gülayə Mecid 

Избранный
138
50
unikal.az

10Источники