Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft hasilatınının artım tempi üzrə proqnozunu azaldıb, gələn il üçün isə artırıb.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilir.
Hesabata əsasən, bu il gündəlik qlobal neft tədarükü 102,93 mln. barel təkil edəcək ki, bu da 2023-ci ilin göstəricisi – 102,27 mln barel (öncəki qiymətləndirməyə əsasən – 102,2 mln barel), ilə müqayisədə 660 min barel çoxdur (öncəki proqnoz – 730 min barel).
Agentliyin proqnozuna əsasən, gələn il gündəlik qlobal neft hasilatı 105 mln. barel səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricisindən 120 min barel çoxdur.