RU

Bu küçədə binanın arxası qanunsuz parkinqə çevrilib - Sorğumuz cavabsız qaldı - VİDEO

Paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində piyadalar üçün ayrılmış səki sürücülərin parkinq zonasına çevrilib.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Sakinlərin sözlərinə görə, sözügedən küçədəki yaşayış binasının arxa tərəfi hər gün avtomobillər tərəfindən zəbt olunur. Nəticədə ərazidən keçmək istəyən piyadalar səkidən istifadə edə bilmədikləri üçün yolla hərəkət etməli olurlar. Parklanma yerinin qanunsuz olmasına baxmayaraq, hətta səkidə xətlər çəkilib və maneələr qoyulub.

Məsələylə bağlı Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Cəmil Qarayevlə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, sorğumuz cavabsız qaldı.

Nərmin

Избранный
90
avtosfer.az

1Источники