RU

Putin: “34 ölkə BRİKS-ə qoşulmaq istəyir”

“30-dan çox ölkə BRİKS-in işində iştirak etmək arzusunu ifadə edib”.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin assosiasiya ölkələrinin təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrinin iclasında bildirib.

“Bu gün artıq 30-dan çox ölkə, daha dəqiq desək, 34 dövlət bu və ya digər formada assosiasiyamızın fəaliyyətinə qoşulmaq arzusunu ifadə edib”, - dövlət başçısı bildirib.

O əlavə edib ki, Rusiya BRİKS-in hazırkı sədri kimi birgə işlərin təşkilinə məsuliyyətlə yanaşır.

Putin Rusiyanın BRİKS-ə sədrliyi planının 70%-dən çox yerinə yetirildiyini də vurğulayıb. Ümumilikdə 150-yə yaxın tədbir, sənaye forumları keçirilib, əksər ekspert və nazir görüşləri baş tutub.

Xatırladaq ki, hazırda BRİKS-ə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir. Türkiyə də qoşulmaq üçün ərizə təqdim edib.

Избранный
74
43
iqtisadiyyat.az

10Источники