“Real”ın sabiq üzvü Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Botafoqo” klubu maraqlıdır. Hazırda tərəflər arasında danışıqlar aparılır.
Ramos Braziliya klubu ilə yanaşı, “Qalatasaray”ın da diqqət mərkəzindədir. İstanbul təmsilçisi də oyunçunu heyətinə qatmaq istəyir.
.