Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yeni dərs ilində I siniflərə gedəcək 6 yaşlı uşaqların sayını açıqlayıb.
Agentliyin məlumatına görə, 2024-2025-ci tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunub
Bu il məktəbəhazırlıq qruplarına qəbul olunan 5 yaşlı uşaqların sayı isə 89 000 nəfərdir.
Modern.az saytı bu il I sinfə qəbul olunan uşaqların sayı ilə ötənilki statistikanın müqayisəsini aparıb.
Məlum olub ki, bu il I sinfə gedən uşaqların sayı keçən illə müqayisədə xeyli azalıb.
Belə ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-2024-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 137 862 uşaq gedib.
Beləliklə, builki göstəricini keçənilki ilə müqayisə etdikdə, məlum olur ki, I sində gedən uşaqların sayında 5601 nəfər azalıb.
A.Qorxmaz