Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Bakıda Sebriyanın U-21 millisinin baş məşqçisi Lyubinko Druloviçlə görüşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib.
Druloviç 1998-2001-ci illərdə Fernandu Santuşun rəhbərliyi altında "Portu"da oynayıb. Druloviçin rəhbərlik etdiyi U-21 millisi iki gün öncə Bakıda Azərbaycanın U-21 millisi ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.
Məlumatda bildirilib ki, görüşdə futbol mövzuları müzakirə olunub. Santuş Azərbaycan paytaxtındakı yaxşı oyun və qələbəyə görə Serbiya komandasını təbrik edib.
Serb məşqçilər isə Santuşa Azərbaycan millisi ilə Millətlər Liqasında qarşıdakı oyunlarda uğurlar arzulayıblar.