RU

Dünya çempionu Braziliyada oynayacaq?

Hazırda azad agent olan Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər.

“AS” qəzetinin yaydığı xəbərə görə, Rio de Janeyrodan olan tanınmış agent ispaniyalı futbolçunun xidmətlərini “Vasku da Qama”nın rəhbərliyinə təklif edib.

Nəşrin məlumatına görə, artıq tərəflər danışıqlara başlayıblar. Mümkün transferdə əsas problem Ramosun şəxsi müqavilənin şərtləri ilə bağlı kifayət qədər yüksək tələblər irəli sürməsi ola bilər.

Xatırladaq ki, dünya çempionu olan Ramosun sonuncu klubu “Sevilya” olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
football-plus.az

1Источники