RU

Azərbaycan gürcüləri: "Biz balaca mirvariyik" - VİDEO

Əlibəyli Azərbaycanın Qax rayonunda etnik gürcülərin yaşadığı ən böyük kəndlərdəndir. Məlumatlara görə, kənddə 500 ev təsərrüfat var.

Mariamoba bayramının səhəri etnik gürcülər öz yaxınlarının məzarını ziyarət edirlər. Həmin vaxt, adətən, hər qəbrin üzərində yemək tapmaq olur.

Hər il avqustun 28-də gürcü pravoslav xristianları dünyanın hər yerində Müqəddəs İsanın anası Müqəddəs Məryəmi yad etmək üçün Məryəmoba bayramını münasibəti ilə toplaşırlar. Gürcülər üçün bu, önəmli bayramlardan biri hesab edilir.

Kənd sakini Kote Barixaşvilinin sözlərinə görə, bu adət-ənənənin adı "İbrahim süfrəsi"dir. Onun sözlərinə görə, Əlibəyli kəndi bu ənənəni qoruyub saxlayan nadir kəndlərdən biridir və Gürcüstanda bu ənənə itmək üzrədir. 

Kəndin Mədəniyyət Mərkəzində fəaliyyət göstərən teatrın direktoru Leri Şioşvili deyir ki, onun pyesləri gürcü dilindədir. Burada həm Azərbaycan, həm də gürcü yazıçıların əsərləri teatrda tamaşaya qoyulur, quru sərhədləri açıq olduğunda, teatr tez-tez Gürcüstana gedib.

Onun sözlərinə görə, kəndin yeni mədəniyyət mərkəzi binasına ehtiyacı var.

Qaxingloy kəndi Qax şəhərinin mərkəzindən maşınla 10 dəqiqəlik məsafədə yerləşir. Bu kənd də etnik gürcülərin yaşadığı kəndlərdəndir.

Kənddə 2000-ə yaxın insan yaşayır. Mariamoba şənlikləri zamanı təkcə kənd camaatı deyil, başqa kəndlərdən olan gürcülər də kilsəyə gəlir və birlikdə bayram edirlər. Xalqın öz arasında danışdığı dil gürcü dilidir.

Orta təhsil gürcü dilindədir. Orta təhsilini başa vuran gənclər, adətən, ali təhsil almaq üçün Gürcüstana gedir.

Qax rayonunun Qaxingiloy qəsəbəsində yerləşən gürcü-Pravoslav kilsəsi 1888-ci ildə xristian dini təqibçisi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Xristianlığın Mərkəzi İdarəsinin Qafqazda maliyyəsi ilə tikilib.

Binanın sahəsi 120 kvadrat metrdir. Kilsə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

Avqustun 28-i həm də 14 günlük orucun başa çatdığı bayramdır.

Rahiblər kilsələrdə ayinlər keçirirlər və əksər gürcülər kilsə xidməti bitdikdən sonra dostları və ailəsi ilə gürcülərin "supra" adlandırdığı yemək süfrəsi açaraq, Mariamobanı qeyd etməyə davam edirlər.

 

Videonu BBC Azərbaycanca üçün jurnalist Könül Şahin çəkib.



Избранный
82
1
visiontv.az

2Источники