RU

Rosqvardiyanın Krım üzrə müavini Salmanov HƏBS EDİLDİ – FOTO

Rusiya Qvardiyasının Krım və Sevastopol üzrə müavini Vitali Salmanov həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat verib.

Millət vəkilinin sözlərinə görə, Salmanov “vəzifə səlahiyyətlərini aşma”da ittiham olunur.

Hələ 2022-ci ilin iyununda xüsusi təyinatlıların kazarmalarının təmiri üçün 20 milyon rubl dəyərində hökumət müqaviləsi imzalanıb.

İşlər tam yekunlaşmasa da, polis polkovniki aktları imzalayaraq müqaviləni qəbul edib.

Büdcəyə dəyən ziyan təxminən 1,5 milyon rubl təşkil edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
interpress.az

1Источники