Kolumbiya millisinin futbolçusu Xames Rodriqes Lionel Messi haqqında fikirlərini bölüşüb.Komanda.az “TYC Sports”-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun kuboklar üçün deyil, ölkəsi üçün oynadığını söyləyib: “Oyundan əvvəl dostlarıma demişdim ki, Messi artıq milli komandada kuboklara əhəmiyyət vermir, çünki o, artıq hər şeyi qazanıb və buna görə də, çox səy göstərməyəcək. Onun zədədən sonra ağladığını görüb düşündüm: Futbolda hər şeyə nail olan futbolçu necə belə reaksiya verə bilər? Anladım ki, Messi üçün artıq hansı kuboklara sahib olması o qədər də vacib deyil. Komandaya kömək etmək istəyir, ölkəsinin şərəfi üçün oynayır.Mən onun ən yaxşı olduğunu düşünürəm? Bəli, Messi, şübhəsiz ki, futbolun ən yaxşısıdır”.Kolumbiyalılar DÇ-2026-nın seçmə mərhələsində qalib gələrək (2:1), Argentina millisinin məğlubiyyətsizlik seriyasını qırıblar.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта