Dünən Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan etimadnaməsinin surətini Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzinə təqdim edib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bununla da diplomat öz səlahiyyətlərinin tam icrasına başlayıb..
Qurgen Arsenyan və Mixail Qaluzin ikitərəfli gündəliyin bir sıra prioritet məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Arsenyan prezidentin 14 avqust tarixli sərəncamı ilə Ermənistanın Rusiyadakı səfiri təyin edilib.Yeni təyin olunan səfir əvvəllər diplomatik sahədə olmayıb, 2021-ci ildə 44 günlük müharibədən sonra Paşinyanın komandasından deputat olub.
Qurgen Arsenyan biznesmendir, “Hetk”in məlumatına görə, onun ötən ilə qədər Rusiyada biznesi olub. 2023-cü ilin bəyannaməsinə görə, 8 şirkətdə pay sahibi olan oğlunun ABŞ və Çexiyada şirkətləri var.
Qeyd edək ki, Arsenyanın etimadnaməsini prezident və xarici işlər nazirinin deyil, nazir müavii Qaluzinin qəbul etməsi ikitərəfli münasibətlərdəki böhranın əlamətlərindən biridir. Kreml bir neçə aydan sonra erməni səfirini aşağı səviyyədə qəbul etməklə, Ermənistandan narazılığını ifadə edib
Rasim Əliyev
“AzPolitika.info”