RU

Dünya şahmat tacı uğrunda matçın sponsoru “Google” oldu


Amerikanın “Google” korporasiyası Sinqapurda keçiriləcək dünya şahmat tacı uğrunda matçın sponsoru olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti məlumat yayıb.
““Google” bu tarixi hadisəyə sponsorluq etməkdən məmnundur. Şahmat insan zəkasının və texnoloji potensialının kəsişməsini təmsil edib və hər zaman süni intellekt sahəsində innovasiyalar üçün sınaq meydançası olub. Əslində, süni intellektdə ilk nailiyyətlərimizdən bəziləri şahmat ustalığından irəli gəlir”, - deyə “Google” Asiya Sakit Okean üzrə Marketinq Direktoru Saymon Kan bildirib.
Qeyd edək ki, dünya şahmat tacı uğrunda görüş noyabrın 25-dən dekabrın 13-dək keçiriləcək və burada hazırkı dünya çempionu çinli Dinq Ljren və hindistanlı Dommaracu Qukeş iştirak edəcək.
Xatırladaq ki, 2023-cü ildə Din Lijen şahmat tacı uğrunda görüşdə rusiyalı Yan Nepomnyaşşini məğlub edib.
Избранный
161
1
yeniavaz.com

10Источники