Kriminal aləmdə "Robson" kimi tanınan erməni əsilli rusiyalı iş adamı Ruben Tatulyanın bacısı Angela Selyukova Soçidə deputat səlahiyyətlərindən məhrum edilib.
Bu barədə REN TV məlumat yayıb. O, gəlir və əmlakları haqqında yalan məlumat verdiyinə görə cəzalandırılıb. Nəşrin mənbəsinin sözlərinə görə, səsvermə cümə axşamı, sentyabrın 12-də şəhər yığıncağının növbəti iclasında baş tutub. Qeyd olunur ki, Selyukova ilə bağlı qərar əsasən “etimadın itirilməsinə görə” verilib.
"35 deputat Selyukovanın deputat səlahiyyətlərinin dayandırılmasına səs verib, iki nəfər isə bitərəf qalıb", - məqalədə yazılıb.
Tural