RU

Rusiyada neft və neft məhsulları ixracı AZALIB

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, avqust ayında Rusiya neft və neft məhsullarının ixracı gündəlik 290 min barel azalaraq 7 milyon barelə - 2021-ci ilin martından bəri ən aşağı səviyyəyə çatıb.

 

Modern.az xəbər verir ki, Rusiya neftinin orta ixrac qiyməti 4,92 dollar azalaraq 69,82 dollar olub.

 

İxracdan gələn gəlir iyul ayı ilə müqayisədə 1,6 milyard dollar azalaraq 15,3 milyard dollar təşkil edib. Neft məhsullarından əldə olunan gəlir 480 milyon dollar azalaraq 5,6 milyard dollara, neftdən əldə olunan gəlir isə 1,2 milyard dollar azalaraq 9,6 milyard dollara düşüb.

 

“Mövcud məlumatlar avqust ayında Rusiya neft ixracının qeyri-adi dərəcədə dərin enişinin OPEC+ üzrə hasilatın azaldılması öhdəliklərini yerinə yetirmək səylərini və ya sadəcə olaraq daha intensiv yataqlara texniki qulluq göstərdiyini aydınlaşdırmır”, - BEA-nın hesabatında deyilir.

Избранный
140
50
modern.az

10Источники