Bakı. Trend:
Mərkəzi Seçki Komissiyasının araşdırmasında 20 müraciət var.
Trend-in məlumatına görə, bunu MSK-nın sədri Məzahir PənahovKomissiyanın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, indiyə qədər olan müraciətlər dairələrinsəlahiyyətində olan müraciətlər idi.
M.Pənahov vurğulayıb ki, daxil olan müraciətlərin hamısınabaxılacaq.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxusiyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalqmüşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərsiyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindənnamizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasipartiya mənsubiyyəti var.