Mərkəzi Seçki Komissiyasının araşdırmasında 20 müraciət var.
Adalet.az-ın məlumatına görə, bunu MSK-nın sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, indiyə qədər olan müraciətlər dairələrin səlahiyyətində olan müraciətlər idi.
M.Pənahov vurğulayıb ki, daxil olan müraciətlərin hamısına baxılacaq.