Paytaxtın daha bir ünvanında qanunsuz parklanma vətəndaşların hərəkətinə mane olub.
Avtosfer.az xəbər verir ki, növbəti belə fakt Binəqədi rayonu Mir Cəlal 1 ünvanında, "Safa Store" marketinin qarşısında qeydə alınıb.
Belə ki, sürücülərin avtomobillərini səkinin üzərində saxlamaları səbəbindən piyadaların hərəkətinə ciddi maneə yaranıb.