RU

"Qarabağ"da parlayan tanınmışın Sumqayıtda qarşılaşdığı surpriz an - FOTO

Premyer Liqada yaranmış iki həftəlik fasilədən istifadə edən "Sumqayıt" və "Araz-Naxçıvan" öz aralarında yoxlama matçı keçirib.

"Kapital Bank Arena"da baş tutan qarşılaşma "Sumqayıt"ın "qırmızı-ağlar"a 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Görüşdən sonra qonaqların oyunda dubl edən Felipe Santos, Ramon Maçado kimi usta futbolçuları yox, komandanın gənc məşqçisi Əfran İsmayılov azarkeşlərin diqqət mərkəzinə düşüb.

Belə ki, yerli fanatlar "Qarabağ"ın və milli komandamızın sabiq üzvü ilə foto çəkdirmək üçün növbəyə düzülüblər.

Veteran yarımmüdafiəçi çoxluğun istəyinə isti münasibət bəsləyib.

O, hər kəslə bir-bir foto çəkdirib.

Bu səbəbdən Azərbaycan futbolunun ən istedadlı futbolçularından biri kimi qəbul edilən Əfran arenadan bir xeyli gec ayrılmalı olub.

Maraq üçün bildirək ki, İsmayılov Azərbaycan millisində 40 matç keçirib.

"Qarabağ"dakı parlaq çıxışı ilə populyarlaşıb. "Bakı", "Xəzər Lənkəran", "İnter" (indiki "Şamaxı") iddialı klublarda çıxış edib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Избранный
168
sportinfo.az

1Источники