RU

Məktəbə qayıdış münasibətilə Yelo Bank-da uşaqlar üçün tədbir keçirilib

Yeni tədris ilinin başlaması münasibətilə Yelo Bank-da "Məktəbə sağlam addım" tədbiri keçirilib. "GID CSR Consulting"in birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 1-6-cı sinif şagirdlərinə terror, fövqəladə və digər təhlükəli hallar zamanı davranış qaydalarını əks etdirən təlim keçirilib. Ardınca COP29 tədbiri və Yaşıl Dünya Naminə Həmrəyli ili çərçivəsində uşaqlara ətraf mühitin qorunmasının vacibliyindən bəhs edildi. Maarifləndirici info-sessiya əyləncəli master-klasla əvəz edildi. Burada uşaqlar tullantıların köməkliyi ilə su filteri və taxta çubuqlardan sapand hazırladılar. Tədbirin sonunda uşaqlar göstərdikləri həvəs və aktivliyə görə təşəkkür sertifikatı və mövzuya uyğun hədiyyələrlə makafatlandırıldılar.

Yelo Bank sosial məsuliyyət strategiyası çərçivəsində uşaqların parlaq gələcəyi və rifahı üçün çalışır. Uşaqların fərdi inkişafını dəstəkləyən bu cür layihələri Bank gələcəkdə də davam etdirmək niyyətindədir.

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 
 

www.anews.az
Избранный
91
12
anews.az

10Источники