RU

KİV: İsrail hərbçiləri SEPAH-ın Suriyadakı silah anbarına basqın edib, ərazidən çox sayda məxfi sənədlər götürülüb

Bu həftənin əvvəlində İsrail ordusunun xüsusi təyinatlıları Suriyanın Masyaf bölgəsində İran ordusuna (SEPAH) məxsus hərbi obyektlərdə reyd keçirib.

APA xəbər verir ki, bu iddia ilə “Times of Israel” Suriya mətbuatına istinadən çıxış edib.

Bildirilib ki, gözlənilmədən bu məntəqələrin üzərində İsrail helikopterləri görünüb və bir neçə dəqiqədən sonra desant qüvvələri sözügedən əraziyə endirilib. Tərəflər arasında baş verən silahlı toqquşma zamanı bir neçə suriyalı öldürülüb, İran tərəfindən isə ilkin ehtimala görə, 4 nəfər əsir götürülüb. Eyni zamanda, İsrail hərbçiləri ərazidən çox sayda məxfi sənədləri və avadanlıqları da müsadirə ediblər.

Bundan sonra həmin əraziyə partlayıcı qurğu yerləşdirilib.

Sözügedən obyektdə kimyəvi silahlarla yanaşı, ballistik pilotsuz uçuş aparatlarının da hazırlandığı bəyan olunub. Daha bir xəbərdə isə reydlərdən birinin Rusiyanın buradakı Hərbiləşdirilmiş Rabitə Mərkəzində keçirildiyi iddia edilib.

ABŞ-yə yaxınlığı ilə seçilən “Al Hurra” xəbər agentliyi eyni anda bir neçə hərbi obyektdə reydin təşkil edildiyini, çoxsaylı itkilərin olduğunu açıqlayıb.

Qeyd edək ki, İran və bu dövlətə yaxın silahlı birləşmələrin hərbi bazası kimi istifadə olunan bu bölgə əvvəllər də hücumlara məruz qalıb. Baş verənlərdə İsrailin rolu olduğu ilə bağlı mülahizələr irəli sürülüb.

Избранный
118
50
apa.az

10Источники