Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nataşa Rey və Delfin Jequss adlı qadınlar 13,5 min avro məbləğində cərimə ediliblər.
Məlumata görə, həmin şəxslər barəsində araşdırma iyun ayında baş tutub. İstintaq məlumatlarına görə, Nataşa Rey Fransanın birinci xanımı barəsində böhtan xarakterli materiallar hazırlayıb, Jequss isə onları yayıb.
Xatırladaq ki, 2021-ci ildə Fransa mediasında və sosial şəbəkələrdə Bricit Makronun cinsini dəyişdiyi barədə məlumatlar yayılıb. Sözügedən məlumatlarda Bricit Makronun əsl adının Jan-Mişel Tronye olduğu iddia edilib. B.Makron bu məlumatları təkzib edərək həmin ittihamları yayanları məhkəməyə verməyi planlaşdırdığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31