RU

Amin Seydiyev, üzr istəmirsən?

Yığmamızın Slovakiya ilə səfər oyunu bir futbolçunun bütün komanda yoldaşlarının əziyyətini puç etməsinə dair klassik nümunə oldu.

Bəli-bəli, “Sabah”ın müdafiəçisi 5 dəqiqə ərzində iki qola birbaşa səbəbkar oldu, onsuz da xal qazanmaq şansı aşağı dəyərləndirilən yığmanı “dəfn etdi”. Futbol etikası onu tələb edir ki, komandanı bu günə qoyan müdafiəçi futbol ictimaiyyətindən üzr istəsin, günahını boynuna alsın. Bu gün Aminlə əlaqə saxladıq, belə niyyətinin olub-olmadığını soruşduq. Cavabında bunları söylədi:

"Mən heç bir oyundan sonra müsahibə vermirəm. Fərqi yoxdu - yaxşı və ya pis".


Amin bəy, bu yaxşı və ya pis söhbəti deyil e, sadəcə, fəlakətdi! Etiraf və üzr istəmək isə böyüklük əlamətidi. Amma sən böyüklük etmədin. Ümumiyyətlə, böyük futbolçu olmaq çətindi!

AKİF ƏHMƏDOV
Избранный
123
football-plus.az

1Источники