Xəbər veriyimiz kimi, bu gün BRİCS-ə üzv ölkələrinin nümayəndələrinin görüşü çərçivəsində Sankt-Peterburda Rusiya prezidenti Vladimir Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
Missiya.Az Rusiya mətbuatına istinadə xəbər verir ki, görüşdə Vladimir Putin deyib:
“Biz İranın Rusiya ilə əməkdaşlığının yeni prezident Məsud Pezeşkianın komandası üçün də prioritet olmaqda davam etməsini yüksək qiymətləndiririk və onun oktyabrın 22-dən 24-dək BRİCS sammiti üçün Kazana səfərini gözləyirik”.
Putin əlavə edib ki, bu səfər çərçivəsində Rusiya-İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün dövlətlərarası sazişin imzalanması nəzərdə tutulur.