Rusiya prezidenti Vladimir Putin və Çinin xarici işlər naziri Van Yi Sankt-Peterburqda keçirilən görüşdə Ukrayna böhranını müzakirə ediblər.
Oxu24.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi danışıqlardan sonra bildirib.
Qeyd olunur ki, Rusiya prezidenti “Çinin Ukraynanın nizamlanmasına dair planını – Çin və Braziliyanın təklif etdiyi “altı bəndlik konsensus”u yüksək qiymətləndirib və Rusiyanın hər zaman dinc danışıqlara açıq olduğunu təkrarlayıb”.
“Vanq Yi bəyan edib ki, o, Ukrayna böhranının siyasi həllinin təşviqinə sadiqdir və beynəlxalq ictimaiyyətdə obyektiv, rasional və balanslı səsləri birləşdirmək üçün tərəflərlə birgə işləməyə hazırdır”, - deyə məlumatda bildirilir.
Nigar