RU

Bakıda marşrut xətlərinə əlavə avtobuslar cəlb ediləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayını artılacaq.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb. Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb ediləcək. 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.

Bundan əlavə, Sumqayıt şəhəri və Abşeron rayonunda 2023-cü ilin sentyabr ayı ilə müqayisədə sərnişindaşımaya əlavə olaraq 75 avtobus cəlb edilib. Sumqayıt şəhəri və Abşeron rayonuna aid marşrutlar üzrə yay aylarında 370-390 avtobus itismar edilirdisə, tədris mövsümü ilə əlaqədar avtobus sayı 486-ya çatdırılıb.

Избранный
125
49
publika.az

10Источники