RU

"Sərhəd ölkələri qorunsa, Berlin və Paris də daha təhlükəsiz olacaq" - Eston nazir

Baltikyanı ölkələr NATO-nu uzun mənzilli raket əleyhinə sistemlərin kritik çatışmazlığı fonunda Rusiya ilə həmsərhəd üzv ölkələrin hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Aydındır ki, sərhədyanı ölkələr ən kritik vəziyyətdədir. Sərhəd ölkələri qorunsa, şübhəsiz ki, Berlin və Paris də daha təhlükəsiz olacaq", deyə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

Qeyd edilir ki, ballistik raketləri vurmaq qabiliyyəti NATO ölkələrinin müdafiəsində ən böyük boşluqlardan biridir.

NATO təyyarələri Estoniya, Latviya və Litvanın hava məkanında patrul edir, onların heç birinin öz döyüş təyyarələri yoxdur. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Baltikyanı ölkələrin nümayəndələri də öz ərazilərində müttəfiq hava hücumundan müdafiə sistemlərinin müntəzəm olmasını tələb ediblər.

Jurnalistlərlə söhbətində Litvanın müdafiə naziri Laurinas Kaşşunas NATO-nun Baltikyanı ölkələrdə hava patrullarının səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib ki, qırıcı təyyarələr dərhal pilotsuz təyyarələri havaya qaldırıb məhv edə bilsinlər.

Həmin gün NATO-nun yüksək rütbəli rəsmiləri ilə görüşdə Latviyanın müdafiə naziri Andris Spruds tərəfdaşları Alyansın ölkədəki iştirakını artırmağa çağırıb.

Qeyd edək ki, sentyabrın 7-də Rusiyaya məxsus hərbi pilotsuz uçan aparat Latviyanın şərqində, Rezekne bələdiyyəsində qəzaya uğrayıb. Latviya Milli Silahlı Qüvvələrinin rəhbərliyi onun partlayıcı ilə doldurulmuş "Şahed" tipli pilotsuz təyyarə olduğunu və hədəfinin Latviya deyil, Ukrayna olduğunu bildirib.

Samir
 

Избранный
56
hit.az

1Источники