Bu il Türkiyə çempionatında hələ ki istefaların sayı ötən illə müqayisədə azdı. Amma ara-sıra yenə də istefa xəbərləri gəlməkdədi.
"Football-plus.az" xəbər verir ki, mövsümə uğursuz başlayan və ilk 4 turda cəmi 1 xal toplayan “Hatayspor” Özhan Pulatla yolları ayırıb. Bu mütəxəssis komandanı ötən mövsümün sonuna 4 tur qalmış Volkan Dəmirəlin istefasından sonra qəbul etmişdi. O, qarşıya qoyulan hədəfə çataraq hataylıları elitada saxlamağı bacarmışdı.
Komanda 40 yaşlı Pulatın başçılığı altında keçirdiyi 8 oyundan 2 qələbə, 2 heç-heçə, 3 məğlubiyyətlə ayrıldı. Yeni baş məşqçi isə artıq bəllidi. Bu, Rza Çalımbaydı. Təcrübəli mütəxəssis “Hatayspor”la birillik müqavilə imzalayıb. 61 yaşlı çalışdırıcı ən son ötən mövsümün gedişində qısa müddət “Beşiktaş”ı çalışdırmışdı.
Ötən ilin dekabrından işsiz olan Çalımbay bu müddətdə Azərbaycan yığması da daxil olmaqla bir çox yerdən təklif alsa da, heç biri ilə anlaşa bilməmişdi. Çalımbay 639 oyunla Türkiyə çempionatı tarixində ən çox oyuna çıxan baş məşqçi statusundadı.
Çalımbayın gəlişi ilə “Hatayspor” transferdə də fəallaşıb. Belə ki, komanda “Beşiktaş”a lazım olmayan Vensan Abubakarı heyətinə qatıb. Üç fərqli dönəmdə “Qartal”ın şərəfini qorumuş təcrübəli kamerunlu forvard bu komandada ümumilikdə 117 rəsmi oyunda 60 qol, 14 məhsuldar ötürməlik performans sərgilədi.
“Beşiktaş”da illik qazancı 3,1 milyon avroya bərabər olan Abubakarın yeni klubunda nə qədər qazanacağı barədə dəqiq məlumat yoxdu. Amma Türkiyə mətbuatının yazdığına görə, “Hatayspor” ona maksimum 1 milyon avro ödəyəcək. Elə “Beşiktaş”ın da bu oyunçuya müəyyən miqdar ödəyəcəyi güman edilir.
“Hatayspor”un “Fənərbaxça”ya lazım olmayan Əmrə Morla da danışıqlar apardığını bildirək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта