RU

Aİ Şurası Rusiyaya sanksiyaların müddətini uzadıb


Aİ Şurası Rusiya əleyhinə tətbiq olunan fərdi sanksiyaların müddətini 6 ay uzadaraq, 15 mart 2025-ci il tarixinə qədər davam edəcəyini açıqlayıb.Bu barədə Aİ Şurasının rəsmi saytında məlumat verilib.

Bildirilib ki, mövcud məhdudiyyətlər fiziki şəxslərin səyahətlərinə qadağa qoyur, aktivlərin dondurulmasını təmin edir və həmin şəxslərə və təşkilatlara maliyyə və ya digər iqtisadi resursların verilməsini qadağan edir.

Əvvəlki sanksiyalar 6 ay daha uzadılıb və bu qərar 27 üzv ölkənin daimi nümayəndələri tərəfindən qəbul edilib.

www.anews.az
Избранный
71
anews.az

1Источники