…Omskda 31 yaşlı həvəskar boksçu qohumunu qətlə yetirdiyinə görə məhkəmə qarşısına çıxacaq.
SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.İstintaqın məlumatına görə, 2024-cü il iyunun 7-də Rojdestvenskoqo küçəsindəki mənzildə əvvəllər məhkum olunmuş 31 yaşlı həvəskar boksçu 52 yaşlı əmisini spirtli içkiyə aludəçiliyinə görə döyüb və nəticədə xəsarət əmi ölüb. Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (“Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma”) ilə araşdırılıb.
İstintaq zamanı təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Nazlı Almuradova