…Dünyanın ən böyük gəmilərindən sayılan "Harmony of the Seas" adlı lüks kruiz gəmisində 12 yaşlı sərnişin eyvandan yıxılaraq ölüb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.“Royal Caribbean” gəmisinin Honduras və Meksikada dayanacaqlarla Karib dənizində yeddi günlük kruizdə olduğu dəqiqləşdirilir.
Qəza ötən gecə, layner artıq Texasa qayıdarkən baş verib. Uşaq gəminin içərisinə baxan eyvandan yıxılaraq Mərkəzi Park ərazisinə düşüb.
Federal Tədqiqat Bürosu hadisənin səbəblərini müəyyənləşdirir.
Bundan əvvəl Avstraliyada yeniyetmə Atalar Gününü qeyd etmək üçün ailəsi ilə birlikdə təbiətə səyahətə çıxıb və okeanda izsiz itib.
Hadisə ailənin Adelaidadan gəldiyi Qranit adasında baş verib.
Nazlı Almuradova