RU

İtaliya XİN Rusiya səfirini çağırdı- Səbəb

İtaliya Xarici İşlər Nazirliyi Rusiya Daxili İşlər Nazirliyinin italiyalı jurnalist Stefani Battistini üçün axtarışa başlaması ilə əlaqədar Rusiya səfirini çağırıb.   Manset.az xəbər verir ki, bu barədə departamentin rəhbəri Antonio Tajani bildirib. "Mən Rusiyanın İtaliyadakı səfirini Xarici İşlər Nazirliyinə çağırmağı əmr etdim ki, Moskvanın jurnalist Battistinini Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olan şəxslər siyahısına əlavə etməsi ilə bağlı çaşqınlığımızı ona bildirsin", - Tajani "X" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, səhər saatlarında Rusiya Daxili İşlər Nazirliyi dövlət sərhədini qanunsuz keçmə işində əli olan "CNN" jurnalisti Nik Peyton Uolşu axtarışa verib . Uolşdan başqa axtarışda olanlar siyahısına Battistini də daxildir, onun barəsində Rusiya Federasiyası bu ilin avqustunda dövlət sərhədini qanunsuz keçdikdən sonra Kursk vilayətinin Sudja şəhərində işlədiyinə görə cinayət işi açıb .

Избранный
151
manset.az

1Источники