Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə cari il 6 mindən çox şagird birinci sinfə gedəcək.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, sözügedən məktəblərdə birinci sinfə başlayacaq şagirdlərin sayı 6 265 nəfərdir.
Yeni tədris ilində adı çəkilən region üzrə 6 378 şagird isə 11-ci sinifdə təhsil alacaq.
Hazırda ölkə üzrə 1-ci siniflərə 132 261 nəfər, məktəbəhazırlıq qruplarına isə 89 000 nəfər uşaq qəbul olunub.