RU

Barış Alperə çılğın təklif -

Barış Alper Yılmazın meneceri Tuncay Maldan ulduz futbolçu üçün təklif aldıqlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, o təklifin “Qalatasaray” tərəfindən rədd edildiyini ifadə edib. “Sports Digitale”ə danışan Maldan Barış Alperin 25 milyon avroluq transfer təklifi aldığını bildirib. Transferin son günündə "Nottingem Forest" klubunun Barış Alper üçün 25 milyon avro təklif etdiyini deyən Maldan, təklifin qəbul edilmədiyi ifadə edib. O, transfer dövründə İngiltərə, Almaniya, İtaliya və Fransadan da rəsmi təkliflər aldıqlarını qeyd edib. Maldanın sözlərinə görə, rəhbərlik Barışı göndərmək istəmədiyini bildirib və ona görə də danışıqlarda irəliləyiş olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
metbuat.az

1Источники