RU

Rusiyada idmançını döyən azərbaycanlının cəzası bəlli oldu

Rusiyanın Moskva şəhərinin Presnenski Rayon Məhkəməsi MOİK basketbol klubunun müdafiəçisi Aleksey Şvedin döyülməsi işi üzrə azərbaycanlı Yusif Miraşurovu üç il müddətinə azadlıqdan məhrum edib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının paytaxtının ümumi yurisdiksiya məhkəmələrinin "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Miraşurov qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinib. O, cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək. Həmçinin, Miraşurova 500 min rubl (təxminən 9 300 manat) məbləğində cərimə də kəsilib. azal vakansiya

Xatırladaq ki, Aleksey Şved 2023-cü ilin mayında döyülüb. Dava basketbolçunun səs-küylü gənclər qrupuna irad bildirməsindən sonra baş verib. İdmançı kəllə-beyin travması alıb və Moskva klinikasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Hadisədən sonra Knyaz Əmiraslanov və onun qardaşı Elsevər Əmiraslanov, eləcə də onların sürücüsü Yusif Miraşurov idmançıya hücumla bağlı üç ay müddətinə həbs ediliblər. İstintaq Komitəsi işdəki bütün materialları təhlil edərək Əmiraslanov qardaşlarının əməllərində cinayət tərkibinin olmadığı qənaətinə gəlib. Onlar həbsdən azad edilib. İş üzrə yeganə təqsirləndirilən şəxs Miraşurov qalıb, qalanları isə iş üzrə şahid olublar.


Telegram kanalımız
Избранный
78
2
yenisabah.az

4Источники