Paşinyan və Blinken sülhlə bağlı məsələləri müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, tərəflər Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məsələləri, eləcə də ikitərəfli Ermənistan-Amerika gündəmini müzakirə ediblər.