Kolumbiya hökuməti diplomatik kanallar vasitəsilə öz vətəndaşlarının xaricdə silahlı münaqişələrdə iştirak etmək üçün cəlb edilməsinin dayandırılmasını tələb edib.
32gun.az bildirir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatik veb-saytdakı bir bildirişdə deyilir ki, Kolumbiya diplomatik kanallar vasitəsilə “Kolumbiya vətəndaşlarının xaricdəki müharibələrdə iştirak etmək üçün işə götürülməsini dayandırmağı” tələb edib.
Cənubi Amerika ölkəsinin hökuməti bu tələblərin kimə ünvanlandığını dəqiqləşdirməyib, lakin bildirib ki, hazırda Rusiya Federasiyasında saxlanılan və Ukrayna tərəfində döyüşlərdə iştirak etməkdə şübhəli bilinən üç vətəndaşı barədə ona məlumat verilib. Boqota Moskvanı onların vəziyyəti barədə məlumat verməyə və konsulluğa girişi təmin etməyə çağırıb.
FSB Mərkəzinin daha əvvəl bildirdiyi kimi, iki kolumbiyalı Aleksandr Ante və Xose Aron Aranda muzdlu kimi Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.
Ayxan
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта