Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon bağlantısı olub.
Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan hökümət başçısının sözçüsü məlumat yayıb.
Məlumata görə, tərəflər Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məsələləri, eləcə də ikitərəfli Ermənistan-ABŞ gündəmini müzakirə ediblər.