RU

Daha bir müğənni reperi təcavüzdə ittiham edir

Müğənni Don Riçard reper Şon Diddini fiziki və cinsi istismarda ittiham edib.

"Unikal" axsam.az-a istinadən xəbər verir ki, Nyu-Yorkdakı federal məhkəməyə təqdim edilən iddiada Diddi 2009-cu ildən bəri çoxsaylı zorakılıq, qanunsuz və şəhvət əməllərində ittiham olunub.

Əvvəllər reperlə birlikdə çalışan müğənni iddia edib ki, albomlar üzərində işlədiyinə görə ona pul verməyib, ona məişət əşyaları atıb, sərxoş qızlara qarşı seksual xarakterli zorakılıqla ziyafətlər təşkil edib, çəkiliş zamanı onu yeməkdən və digər ehtiyaclardan məhrum qoyub. Riçard müdaxilə etmək istəyəndə isə onu öldürməklə hədələyib.

Riçardı məhkəməyə getməyə ruhlandıran isə müğənni Kessi Venturanın reperə qarşı keçən ilki cinsi təcavüzlə bağlı iddiası olub.

Qeyd edək ki, 2023-cü ilin noyabrından bəri Diddi barədə 6 cinsi təcavüz iddiası qaldırılıb. Hip-hop ifaçısı həmçinin insan alverində və qisas almaq üçün intim videolar dərc etməkdə şübhəli bilinir. Onun barəsində cinayət işi açılıb.

Избранный
124
unikal.az

1Источники