RU

Milli uduzdu, qapıçı hirsləndi, kameraya sillə vurdu - VİDEO

Argentina millisinin qolkiperi Emiliano Martinez Dünya Kubokunun seçmə mərhələsinin 8-ci turunda etdiyi hərəkətlə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, Emi Martinez Kolumbiya millisinə 1:2 hesablı məğlub olduqları matçda onu çəkən kameraya şillə vurub.

Qarşıdurmalarda bəzən soyuqqanlılığını itirməsi ilə tanınan Martinez, “Aston Villa”da komanda yoldaşı olan Con Cader Duran da daxil olmaqla bir neçə kolumbiyalı oyunçunu meydanda təbrik edib.

Lakin bir anda televiziya kamerasına tərəf gedib və ona şillə vurub.

Həmin anlar ekranlara belə yansıyıb:

Избранный
56
sportinfo.az

1Источники