Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" heyətini almaniya futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Niko Şultzla anlaşıb.
Almaniya millisinin sabiq üzvü “Ankaragücü” ilə 2 illik müqavilə imzalayıb.
Şultz “Herta”, “Borussiya”(Münhenqladbax), “Hoffenhaym”, “Borussiya”(Dortmund) klublarında oynayıb.