RU

Qarışqa yumurtası yağının FAYDALARI

Qadınlar gözəl görsənmək üçün bir çox vasitələrdən istifadə edirlər. 

Viral.az xəbər verir ki, tacxeber.az qadınların gözəllik sirlərindən biri olan, tarixi  qədimlərə söykənən qarışqa yumurtası yağının faydaları barədə məlumat dərc edib. 

Qarışqa yumurtası yağının qadınların ortaq problemi olan arzuolunmaz tüklərə qarşı təsirli olduğu deyilir.

Elmi olaraq sübut edilməyib, amma istifadə edənlərin 86 faizi mütəmadi işlətdikdə lazımsız tüklərin çıxmasına qarşı təsirli olduğunu açıqlayıb.

Qarışqa yumurtası yağından istifadənin tarixi qədimdir. Əsasən İranda qadınlar tüklərə qarşı bu möcüzədən istifadə edirlərmiş.

Qarışa yumurtası yağının istehsal prosesi qaydalara uyğun aparılıbsa, heç bir problem yaranmır.

Tamamilə təbii şərtlər daxilində hazırlanmış qarışqa yumurtası yağının əlavə yan təsirləri də olmur.

Düzgün hazırlanmayanda isə aşağıdakı yan təsirləri olur:

Qaşınma

Yanma hissi

Tüklərin dibində iltihab

Tüklərdə gözlənilənin əksinə çoxalma

Gözlənilən təsiri və faydaları isə bunlardır:

Tüklərdən təmizlənmiş hamar bir bədən

Dəridə tükün köklərini zəiflədər

Dəriyə canlılıq verər

Dəriyə parlaqlıq qatar

Dərini nəmləndirər və qidalandırar

Dərinin tünd görünməsinin qarşısını alar və ağardar

Qarışqa yumurtası yağından istifadə

Əgər bu üsulu siz də tətbiq etmək istəyirsinizsə, əvvəlcə dərinizi təmizləməlisiz. Yağ vurduğunuz hissə təmiz olmalıdır. Ülgücdən istifadə edərək tükləri təmizləməlisiz.

Ən azı 20 dəqiqə, yarım saat ərzində yağı dərinizə masaj edərək tətbiq edin, yağ dəriyə tam hopdurulmalıdır. Bu əməliyyat tükləri qırxdığınız gündən etibarən 4 gün tətbiq edilir və yağı sürtdükdən sonra 6 saat sudan uzaq qalmalısınız. Ona görə gecə yatarkən tətbiq etmək daha məntiqlidir.

Tükləri təmizləyin

Masaj edərək yağı sürtün

Yağ sürtməyi 4 gün təkrarlayın

Bundan sonra tüklər çıxanda əməliyyat yenə təkrarlanır. Tüklər azalana və ya yox olana qədər təkrar edirsiz. Bəzilərində nəticə tez, bəzilərində isə 1 il müddətinə özünü göstərir.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Избранный
167
viral.az

1Источники