"Telegram" messenceri Fransa hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın "Liberation" qəzeti məlumat yayıb.
Bildirilir ki, messencer Fransa hüquq-mühafizə orqanlarına şübhəli şəxslərin kimliyini müəyyən etməyə imkan verəcək məlumatlar təqdim edib. Qeyd olunur ki, söhnət xüsusi ilə uşaqlara qarşı törədilən cinayətlərdən gedir.
Bunu Milli Prokurorluğun kibercinayətkarlıqla mübarizə departamenti də təsdiqləyib.
Qeyd edək ki, "Telegram"ın təsisçisi Pavel Durov avqustun 24-də Fransada saxlanılıb.
Müəllif: Teleqraf.com