"Qalatasaray" komandanın transfer gündəmindəki adlardan biri olan Nikola Zalevski gələcəyi ilə bağlı qərar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" Polşa mətbuatına istinadən xəbər verir ki, Nikola Zalevski "sarı-qırmızı"lı komandanın son təklifini rədd edib.
İtaliya mətbuatına görə, "Roma" "Qalatasaray"ın Nikola Zalevski üçün 11 milyon avroluq transfer haqqı, bonus və sonrakı satış payı təklifini qəbul edib.
Futbolçu tərəfi isə müqaviləni qəbul etməyib.
Bu mövsüm Romada 3 oyun keçirən Zalevskinin müqaviləsi 2025-ci ildə başa çatır.
Zalevski karyerası ərzində 182 matçda 25 qol vurub və 25 məhsuldar ötürmə edib.