RU

Mask Avstraliya hökumətini “faşist” adlandırıb

İlon Mask Avstraliya hakimiyyətini dezinformasiyaya nəzarət planlarına görə “faşist höküməti” adlandırıb...

Poliqon xəbər verir ki, Amerikalı sahibkar İlon Mask Avstraliya hökumətini onlayn platformalar üçün cərimələr tətbiq etmək planlarına görə tənqid edib. SpaceX-in yaradıcısı X sosial şəbəkəsində öz fikirlərini bildirib.

Qeyd edək ki, Avstraliya hakimiyyəti internetdə dezinformasiyanın yayılmasının qarşısını ala bilmədiyi üçün cərimələr tətbiq etməyi planlaşdırır. Qanun pozuntuları aşkar edilərsə, onlayn platformalar illik dövriyyəsinin 5%-i qədər sanksiya ilə üzləşirlər.

Milyarder bu cür planlara bir kəlmə ilə cavab verib.

“Faşistlər” deyə İlon Mask sahibi olduğu X sosial şəbəkəsində yazıb.

Avstraliya Nümayəndələr Palatasının üzvü Bill Şorten “Kanal Nine”də Maskın bəyanatını şərh edərkən, sahibkarın “söz azadlığı məsələsində qeyri-sabit olduğunu” söyləyib. O qeyd edib ki, SpaceX-in yaradıcısı öz mövqeyinə yalnız kommersiya maraqlarına uyğun gələndə sadiq qalır.

Poliqon.info

Избранный
153
2
poliqon.info

3Источники