RU

Narinin qətlində yeni detallar - Ana, qardaş və 8 nəfər...

Türkiyənin Diyarbəkir şəhərində öldürülən 8 yaşlı Narin Güranla bağlı istintaq davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq zamanı Narinin anası, qardaşı və dayısı daxil olmaqla 8 şübhəli həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb.

İstintaq zamanı ana Yüksel Güran və qardaş Enes Güran qəsdən adam öldürmədə iştirak etdikləri üçün, 7 şübhəli isə hadisəyə göz yummaq və cinayət dəlillərini məhv etmək ittihamı ilə həbs edilib.

Qeyd edilib ki, prokurorluqda şübhəlilərin dindirilməsi tamamlanıb.

Bundan əvvəl Narinin atası da daxil olmaqla 13 nəfər sərbəst buraxılıb. Digər tərəfdən, Diyarbakır Ədli Tibb Qurumunun istintaqla bağlı hesabatı da açıqlandı. Məlumata görə, Narinin cəsədində başqa şəxsin DNT-si tapılmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
operativmm.az

1Источники