Respublikaçılar Partiyasından prezidentliyə namizəd və keçmiş ölkə başçısı Donald Tramp Demokratlar Partiyasından prezidentliyə rəqibi Kamala Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina edib.
Bu barədə o, Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bir boksçu döyüşdə uduzduqda, ağzından çıxan ilk sözlər: “Mən döyüşün təkrarlanmasını istəyirəm”, – TASS ondan sitat gətirir.
Onun sözlərinə görə, sorğular onun debatda qalib gəldiyini göstərir və buna həm də debatdan dərhal sonra Harrisin yenisini tələb etməsi də dəlalət edir.
O, həmçinin Harrisin Fox-dakı söhbətdə iştirak etməkdən imtina etdiyini və “NBC və CBS-də görünməkdən imtina etdiyini” əlavə etdi.
“Üçüncü debat olmayacaq” dedi.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Tramp və Harris arasındakı debatın növbəti şouya çevrildiyini bildirib.
Mənbə RİA Novosti