Mücahidələr tuneli israilli polkovnikin üzərinə aşırıb
İsrail ordusunun polkovniki, HƏMAS-a münasibətdə sərt xəttin tərəfdarı olan Qolan Vah Qəzzada ağır yaralanıb.
Reyting.az xəbər verir ki, polkovnikin girdiyi tunel fələstinli mücahidlər tərəfindən uçurulub və nəticədə hərbçi ağır xəsarətlər alıb.
Yaralı vəziyyətdə tuneldən çıxarılan komandir Vah xəstəxanaya aparılıb, vəziyyətinin stabil olduğu bildirilir.
Qolan Vah bundan əvvəl İsrail Mülki Müdafiə Komandanlığında Mühəndislik İdarəsinin rəisi və Milli Xilasetmə Birliyinin komandiri vəzifələrində çalışıb. Bundan əlavə, Qolan Vahın qardaşı, briqada generalı Yehuda Vah Sinay diviziyasının komandiri vəzifəsini icra edir.
İsrailin keçmiş baş naziri Naftali Bennet sosial şəbəkədəki paylaşımında polkovnik Qolan Vahın tezliklə sağalmasını arzulayıb və polkovniki tərifləyib.